“Azəriqaz”: Qazanxanaların qazla təminatı davam etdiriləcək

“Azəriqaz”: Qazanxanaların qazla təminatı davam etdiriləcək Hər il aprel ayının 15-də ləğv olunan istilik mövsümü müəyyən müddətə qədər davam etdiriləcək. Belə ki, Energetika Nazirliyindən “Azəriqaz” İstehsalat Birliyinə daxil olan rəsmi məktuba uyğun olaraq Birlik də fəaliyyətində bu məqama xüsusi diqqət ayırıb.
Energetika
272
15 Aprel , 2020 11:52
“Azəriqaz”: Qazanxanaların qazla təminatı davam etdiriləcək
0 : 00
0 : 00

 "Hər il aprel ayının 15-də ləğv olunan istilik mövsümü müəyyən müddətə qədər davam etdiriləcək. Belə ki,  Energetika Nazirliyindən “Azəriqaz” İstehsalat Birliyinə daxil olan rəsmi məktuba uyğun olaraq Birlik də fəaliyyətində bu məqama xüsusi diqqət ayırıb". 

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Qeyd edilib ki, hazırda qazla təmin edilən mərkəzləşdirilmiş istilik sistemi olan obyektlərin təchizatı əvvəlki qaydada davam etdiriləcək.

 “Azəriqaz” 505 qazanxanaya qaz verilişini həyata keçirir. Bura Bakı və Sumqayıt şəhərlərində yerləşən 340, bölgələrdə yerləşən 165 qazanxana daxildir. O cümlədən, təhsil müəssisələrini və uşaq baxçalarını istilik enerjisi ilə təmin edən qazanxanaların sayı 94-ə bərabərdir. Bunlardan 44-ü Bakı və Sumqayıt şəhərləri, 50-si isə regionların payına düşür. Baxmayaraq ki, təhsil müəssisələri və uşaq baxçaları karantin rejiminə görə müvəqqəti işləmir, lakin həmin yerlərin qaz təchizatı dayandırılmayıb. Sadəcə bu obyektlərdə hazırkı durumda qaz sərfiyyatı yoxdur.

Qeyd edək ki,  Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın qərarı ilə Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyəti tətbiq olunub. 20 aprel 2020-ci il tarixinədək insanların fərdi evlərində, daimi və müvəqqəti yaşadıqları yerlərdə qalmaları tələb edilib. Bu rejim dövründə Azərbaycan Hökuməti əhalinin üzləşəcəyi çətinliklərin aradan qaldırılması üçün bütün imkanları səfərbər edir. O cümlədən, sakinlərin qaz və istiliklə fasiləsiz təchiz edilməsi də bu tədbirlər planının tərkib hissəsidir.

Son xəbərlər

Orphus sistemi