“Azəriqaz”: Qaz itkilərində 1,3 % azalma var

“Azəriqaz”: Qaz itkilərində 1,3 % azalma var “Azəriqaz”: Qaz itkilərində 1,3 % azalma var
Energetika
21 İyul , 2020 17:28
“Azəriqaz”: Qaz itkilərində 1,3 % azalma var

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda ötən ilin 6 ayının göstəriciləri ilə müqayisədə qaz itkilərində 1,3 % azalma var.

“Report”un məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin 2020-ci ilin 6 ayının yekunlarına dair hesabatında deyilir.

Hesabata əsasən, buna hər il icra edilən tədbirlər proqramı əsasında şəbəkədə aparılan yenilənmə işləri və digər islahatlarla nail olunub.

Qurum qeyd edir ki, qaz xətlərinə və sayğaclara qeyri-qanuni müdaxilələr ötən ilin 6 ayı ilə müqayisədə 1 699 fakt azalıb.

Qanunsuz müdaxilələrin azalmasının əsas səbəbi abonentlərlə aparılan maarifləndirmə işləri və yerlərdə nəzarətin gücləndirilməsidir.

Son xəbərlər

Orphus sistemi