Bayram günlərində (31 dekabr 2019-cu il – 06 yanvar 2020-ci il) Azərbaycan Dövlət Neft Şirkətinin (
“Azəriqaz”dan “Report”a verilən məlumata görə, 7 142 halda abonentlər yeni sayğacların istismarı qaydaları ilə maraqlanıb. Sayğaclardakı uğursuz əməliyyatlarla bağlı 4060 müraciət ünvana gedilmədən elə telefon əlaqəsi ilə həllini tapıb.
Qeyd edək ki, “Azəriqaz” mexaniki sayğaclar üzrə limitin sıfırlanması əməliyyatlarına 2020-ci ilin ilk rəsmi iş günü, yəni yanvar ayının 7-dən başlanılacağını bəyan etmişdi. Lakin istənilən abonent vaxtından əvvəl bu işin icrasını arzulayarsa, 077 310 41 04 saylı whatsapp nömrəsinə sayğacın göstəricilərinin aydın görünən şəklini çəkib ata bilərdi. Beləliklə, son 6 gündə qeyd edilən məsələyə dair 300-ə yaxın şəkil çəkilərək qaynar xəttin whatsapp nömrəsinə göndərilib. Onlardan 200-ü aidiyyəti üzrə qeydiyyata alınıb. Yalnız 100-ə yaxın foto tam dolğun olmadığı üçün (çəkildiyi tarix, saat əksini tapmadığından) nəzərə alınmayıb, lakin buna baxmayaraq, abonentə bu barədə ətraflı izahat verilib. Mexaniki sayğacların göstəricilərinin oxunmasının yaxın 3 gün ərzində tamamlanması planlaşdırılır.