"Azəriqaz" ötən il 56 yaşayış məntəqəsinə qaz verib

"Azəriqaz" ötən il 56 yaşayış məntəqəsinə qaz verib Bakı. 10 yanvar. REPORT.AZ/ “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ötən il ərzində 1 886 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin edilməsi üçün isə 221 km qaz kəməri əsaslı təmir olunub.
Energetika
10 Yanvar , 2018 14:17
Azəriqaz ötən il 56 yaşayış məntəqəsinə qaz verib
Report

Bakı. 10 yanvar. REPORT.AZ/ “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ötən il ərzində 1 886 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin edilməsi üçün isə 221 km qaz kəməri əsaslı təmir olunub.

Birlikdən “Report”a verilən məlumata görə, aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Ağstafa, Bərdə, Şəki, Ucar, Quba, Qusar, Xaçmaz, Şamaxı, Oğuz, İmişli, Beyləqan, Saatlı, Sabirabad, Lerik, Biləsuvar, Cəlilabad, Masallı və Astara rayonları üzrə 56 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

Son xəbərlər

Orphus sistemi