"Azəriqaz" ötən ay 16 minə yaxın yeni abonenti qeydiyyata alıb

"Azəriqaz" ötən ay 16 minə yaxın yeni abonenti qeydiyyata alıb Ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin ümumi sayı 1,8 mln.-u ötüb
Energetika
15 Fevral , 2016 15:16
Azəriqaz ötən ay 16 minə yaxın yeni abonenti qeydiyyata alıb

Bakı. 15 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 15 873 yeni abonent qeydiyyata alınıb.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər ki, bunun 3 411-i Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu, 12 462-si isə regionların payına düşüb. Bununla da ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin ümumi sayı 1 850 499-a çatıb.

Qeyd olunur ki, fevralın 1-nə olan məlumata görə, əhali sektoru üzrə 127 174 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 345 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

Son xəbərlər

Orphus sistemi