“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində işləyəcək

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində işləyəcək Qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək
Energetika
17 Mart , 2016 17:39
“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində işləyəcək

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Novruz bayramı ilə əlaqədar mart ayının 19-dan 28-dək gücləndirilmiş iş rejimində işləyəcək.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq, qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək.

Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Qaynar xət”lərin fəaliyyəti gücləndiriləcək, eyni zamanda İB-nin texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt qaz istismar sahəsində, Regional Qaz İstismar İdarələrində və digər xidmət sahələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

“Azəriqaz” İB bütün istehlakçılardan bayram günlərində təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmağı, təhlükəsizlik qaydalarına ciddi riayət etməyi xahiş edir. 

Son xəbərlər

Orphus sistemi