“Azəriqaz” rəhbərliyi 1 aylıq maaşlarının 50%-ni koronavirusla mübarizəyə köçürüb

“Azəriqaz” rəhbərliyi 1 aylıq maaşlarının 50%-ni koronavirusla mübarizəyə köçürüb Dünyada yayılmış koronavirusun (COVID-19) Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Bir çox dövlət qurumları, özəl sektorun nümayəndələri, ayrı-ayrı şəxslər bu Fonda müəyyən məbləğlərdə maliyyə vəsaitləri köçürürlər.
Energetika
3 Aprel , 2020 15:49
“Azəriqaz” rəhbərliyi 1 aylıq maaşlarının 50%-ni koronavirusla mübarizəyə köçürüb
0 : 00
0 : 00

Dünyada yayılmış koronavirusun (COVID-19) Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Bir çox dövlət qurumları, özəl sektorun nümayəndələri, ayrı-ayrı şəxslər bu Fonda müəyyən məbləğlərdə maliyyə vəsaitləri köçürürlər.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, Birlik də bu təşəbbüsə qoşularaq strateji rəhbərlərin bir aylıq vəzifə əməkhaqqının 50%-i miqdarında (ümumilikdə 180 636 manat) vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Son xəbərlər

Orphus sistemi