"Azəriqaz” Keşlə sakinlərinin problem və təkliflərini dinləyəcək

"Azəriqaz” Keşlə sakinlərinin problem və təkliflərini dinləyəcək ​​​​​​​Azərbaycan Dövlət neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində bu dəfə “Səyyar qəbul otağ”ı paytaxtın Nizami rayonunda təşkil olunacaq
Energetika
26 Aprel , 2022 12:48
Azəriqaz” Keşlə sakinlərinin problem və təkliflərini dinləyəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində bu dəfə “Səyyar qəbul otağ”ı paytaxtın Nizami rayonunda təşkil olunacaq.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, "Azəriqaz" İB-nin rəhbər şəxsləri Keşlə qəsəbəsi, Sabir küçəsi 70 (1941-1945-ci illərdə həlak olanların Xatirə Memorial Kompleksinin yerləşdiyi park) ünvanında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

Aprelin 28-i saat 11:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi