“Azəriqaz”: Kəlbəcərin Zar kəndində qaz çəkilişi işləri 90 % tamamlanıb

“Azəriqaz”: Kəlbəcərin Zar kəndində qaz çəkilişi işləri 90 % tamamlanıb Kəlbəcər rayonunun Zar kəndinə qaz xəttinin çəkilişi işlərinin artıq 90 %-i yerinə yetirilib.
Energetika
13 Dekabr , 2024 16:14
“Azəriqaz”: Kəlbəcərin Zar kəndində qaz çəkilişi işləri 90 % tamamlanıb

Kəlbəcər rayonunun Zar kəndinə qaz xəttinin çəkilişi işlərinin artıq 90 %-i yerinə yetirilib.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, layihəyə əsasən 10 500 metr məsafədə müxtəlif diametrli polietilen və metal borularla qaz xətti çəkilir.

Çətin relyefli dağ şəraitində işləri həyata keçirən Birliyin əməkdaşları üçün modul tipli yaşayış məntəqəsi inşa edilib ki, burada da əməkdaşlar üçün hər bir şərait yaradılıb.

Ətraflı videoreportajdan izləyə bilərsiniz:

Son xəbərlər

Orphus sistemi