“Azəriqaz”: Karantin rejimi dövründə qaz sərfiyyatında artım müşahidə olunub

“Azəriqaz”: Karantin rejimi dövründə qaz sərfiyyatında artım müşahidə olunub Bu il ərzində qaz təchizatının normal rejimlərdə həyata keçirilməsi üçün şəbəkəyə 6 738,5 milyon kubmetr qaz qəbulu nəzərdə tutulub.
Energetika
21 İyul , 2020 16:55
“Azəriqaz”: Karantin rejimi dövründə qaz sərfiyyatında artım müşahidə olunub

Bu il ərzində qaz təchizatının normal rejimlərdə həyata keçirilməsi üçün şəbəkəyə 6 738,5 milyon kubmetr qaz qəbulu nəzərdə tutulub.

“Report”un məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin 2020-ci ilin 6 ayının yekunlarına dair hesabatında deyilir.

Hesabata əsasən, bu həcmin 3 978,3 milyon kubmetri artıq 6 ay ərzində qəbul edilib: “Ötən illə müqayisədə 40,7 milyon kubmetr artıq qaz qəbul edilib ki, bu da daha 36 564 yeni əhali abonentinin qeydiyyata alınması, eləcə də yeni istehsal sahələrinin (xüsusilə istixanalar) istifadəyə verilməsi ilə bağlıdır”.

Bundan başqa, karantin rejimi dövründə də əksər abonentlər evdə olduğundan bəzən havaların soyuq keçdiyi günlərdə qaz sərfiyyatında artım müşahidə olunub.

Ümumilikdə hazırda iyul ayının 1-nə olan statistikaya görə İstehsalat Birliyində qeydiyyatda olan əhali abunəçilərinin sayı 2 284 980 nəfər təşkil edir.

Son xəbərlər

Orphus sistemi