“Azəriqaz” maska məsələsinə münasibət bildirdi

“Azəriqaz” maska məsələsinə münasibət bildirdi Bu günlərdə sosial şəbəkələrdə bəzi iqtisadçı-ekspertlər Azərbaycanh Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin Oğuz rayonundan olan vətəndaşlarla onlayn qəbul keçirərkən otaqda tibbi maskadan istifadə et
Energetika
2173
28 İyul , 2020 10:28
“Azəriqaz” maska məsələsinə münasibət bildirdi

Bu günlərdə sosial şəbəkələrdə bəzi iqtisadçı-ekspertlər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin Oğuz rayonundan olan vətəndaşlarla onlayn qəbul keçirərkən otaqda tibbi maskadan istifadə etməsini tənqid ediblər.

“Report”un məlumatına görə, "Azəriqaz" rəhbərinin qapalı şəraitdə tibbi maskada oturması ciddi qəbul olunmayıb.

Bununla belə, bir çox sosial şəbəkə istifadəçiləri R.Əliyevin tibbi maska taxmasını vacib sayıblar.

Məsələ ilə bağlı İstehsalat Birliyindən “Report”a bildirilib ki, baş direktor qəbul keçirərkən otaqda digər rəhbər şəxslər olduğundan, o tibbi maskadan istifadə edib.

"Qapalı yerlərdə karantin rejiminin tələblərinin gözlənilməsi şərtdir. Belə fikir səsləndirmək dardüşüncəlikdən irəli gəlir və onu iqtisaadçı-ekspertlərə yaraşdırmırıq. Hər bir məsələnin mahiyyətinə varmaq, sonra fikir səsləndirmək lazımdır. Əgər kimlərsə koronavirus pandemiyası ilə bağlı dövlətimizin, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərini məsxərəyə qoyursa, müvafiq qurumların belə çirkin təbliğat sahibləri barədə ölçü götürməsi fikrimizcə vacibdir”, - "Azəriqaz" bəyan edib. 

Son xəbərlər

Orphus sistemi