"Azəriqaz": "İstixanaların qaza olan borcunu silə bilmərik"

"Azəriqaz": "İstixanaların qaza olan borcunu silə bilmərik" "Bu gün Azərbaycandakı istixanalardan qaz pulunun yığım səviyyəsi 70%-dir".
Energetika
17 Dekabr , 2021 11:35
Azəriqaz: İstixanaların qaza olan borcunu silə bilmərik
Ruslan Əliyev

"Bu gün Azərbaycandakı istixanalardan qaz pulunun yığım səviyyəsi 70%-dir".

“Report” xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev keçirdiyi "Açıq qapı" aksiyasında deyib.

"Bu ilin sonuna qədər biz yığım səviyyəsini 80%-ə çatdırmaq niyyətindəyik. Mütəmadi olaraq sahibkarlarla görüşlərimiz olur. Orada bir çoxları “Azəriqaz”a olan borclarını qeyd edirlər. Amma bu görüşlər o demək deyil ki, biz onların borcunu silməklə məşğuluq. Bu səlahiyyət “Azəriqaz”a aid deyil", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi