Yuxarı

​"Azəriqaz” ISO 50001 “Enerji idarəetmə sistemi” üzrə sertifikata layiq görülüb

İstehsalat Birliyində xarici audit keçirilib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Oktyabrın 12-dən 16-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində xarici audit keçirilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, auditi Türk Standartları İnstitutu TS EN ISO 50001 “Enerji idarəetmə sistemi”nin tətbiqi, TS EN ISO 9001 “Keyfiyyəti İdarəetmə Sistemi”, TSEN ISO 14001 “Ətraf mühitin idarə edilməsi sistemi” və TS 18001 “Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi” Beynəlxalq Standartlarının nəzarəti üzrə keçirib.

Auditdə Türk Standartları İnstitutunun nümayəndələri Fazilet Baştürk, İnstitutun Azərbaycan üzrə təmsilçisi Səlim Çələbi və auditor Xatirə Salahova iştirak ediblər. 5 gün davam edən audit zamanı Birliyin Abşeron yarımadasındakı bir neçə istehsalat sahəsində və Zaqatala Regional qaz istismarı İdarəsində audit aparılıb, standartlarla bağlı müsbət rəy verilib. Çatışmazlıqların aradan qaldırılması və maarifləndirmə işlərinin daha da gücləndirilməsi məqsədilə bir sıra təkliflər irəli sürülüb. Auditin nəticəsi olaraq Birlik ilk dəfə TS EN ISO 50001 üzrə standarta layiq görülüb, TS EN ISO 9001, TSEN ISO 14001 və TS 18001 standartlarının vaxtı bir il müddətinə qüvvədə saxlanılıb. Audit yoxlamasının başa çatması ilə bağlı keçirilmiş yığıncaqda İstehsalat Birliyinin rəhbərliyi auditorların irəli sürdüyü bütün təkliflərin nəzərə alınacağını qeyd edib.                              

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi