“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Göyçayda keçiriləcək

“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Göyçayda keçiriləcək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Göyçay rayonunda təşkil olunacaq.
Energetika
28 Fevral , 2022 17:49
“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Göyçayda keçiriləcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Göyçay rayonunda təşkil olunacaq.

“Report” bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, “Azəriqaz”ın rəhbər şəxsləri Göyçay şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsində (Əli Kərim adına şəhər parkı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” martın 2-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Son xəbərlər

Orphus sistemi