“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Cəlilabadda keçiriləcək

“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Cəlilabadda keçiriləcək ​​​​​​​Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Cəlilabad rayonununda keçiriləcək.
Energetika
23 Oktyabr , 2023 15:07
“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Cəlilabadda keçiriləcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Cəlilabad rayonununda keçiriləcək.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, İstehsalat Birliyinin İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Cəlilabadda görüşü təşkil olunacaq.

Aksiya Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” oktyabr ayının 25-də saat 14:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Son xəbərlər

Orphus sistemi