“Azəriqaz”ın rəhbərliyi vətəndaş qəbulu keçirib

“Azəriqaz”ın rəhbərliyi vətəndaş qəbulu keçirib Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Ağsu rayonunun, onun satış və istismar üzrə müavini Cahid Hüseynov Şamaxı rayonunun, əsaslı tikinti üzrə müavini Ramil İskəndərov isə Qobustan rayonunun
Energetika
287
19 Dekabr , 2020 11:40
“Azəriqaz”ın rəhbərliyi vətəndaş qəbulu keçirib
Ruslan Əliyev

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Ağsu rayonunun, onun satış və istismar üzrə müavini Cahid Hüseynov Şamaxı rayonunun, əsaslı tikinti üzrə müavini Ramil İskəndərov isə Qobustan rayonunun sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçirib.

Bu barədə "Report"a "Azəriqaz"dan bildirilib.

Məlumata görə, vətəndaşların qəbulda iştirakı üçün karantin rejiminin tələbləri gözlənilməklə şərait yaradılıb. Müraciətlər zamanı fərdi şəkildə qaz çəkilişi, küçə qaz xətlərinin, eləcə də qapı keçidlərinin çəkilməsi, işə qəbul və digər məsələlərə toxunulub.

Baş direktor qaldırılan məsələlərin həlli, xüsusilə də əsgər və şəhid ailələrinin müraciətlərinin həll edilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib, daha sonra qeyd edib ki, koronavirus (COVID-19) pandemiyasının kəskin yayılmasına baxmayaraq, “Azəriqaz” növbəli rejimdə iş başında olan təşkilatlar arasındadır. Bu dövrdə vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmalı, regiondakı qaz təsərrüfatı işçiləri isə xəstəlikdən qorunmaq üçün səhhətlərinə fikir verməli, abunəçi müraciətlərinə baxarkən, yerlərdə müəyyən işlər görərkən sosial məsafə qaydalarına əməl etməlidirlər. R.Əliyev sərt karantin rejimi dövründə işçilər arasında mütəmadi test müayinələrinin aparılmasını da məqsədəuyğun sayıb.

Son xəbərlər

Orphus sistemi