“Azəriqaz”ın rəhbərliyi bölgələrdə vətəndaşları qəbul edib

“Azəriqaz”ın rəhbərliyi bölgələrdə vətəndaşları qəbul edib Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Ağsu şəhərində, Birliyin baş direktorunun müavinləri - Ramil İsgəndərov Qobustan, Ruslan Əliyev isə Şamaxı rayonunda vətəndaş qəbulu keçiriblər.
Energetika
7 İyun , 2019 15:00
“Azəriqaz”ın rəhbərliyi bölgələrdə vətəndaşları qəbul edib

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Ağsu şəhərində, Birliyin baş direktorunun müavinləri - Ramil İsgəndərov Qobustan, Ruslan Əliyev isə Şamaxı rayonunda vətəndaş qəbulu keçiriblər.

“Azəriqaz”dan “Report”a verilən məlumata görə, Energetika Nazirliyi və Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin rəsmilərinin də iştirak etdiyi qəbulda Ağsu, Qobustan və Şamaxı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb. Vətəndaşların müraciətlərinin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul, qaz xətlərinin yerinin dəyişdirilməsi və müxtəlif məsələlərlə bağlı olub.

“Azəriqaz”ın rəhbərliyi hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Birliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılması üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Son xəbərlər

Orphus sistemi