“Azəriqaz”ın rəhbərliyi Astaranın Səlivə kəndinin sakinlərini dinləyib

“Azəriqaz”ın rəhbərliyi Astaranın Səlivə kəndinin sakinlərini dinləyib Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin rəhbər şəxslərinin "Açıq mikrofon" aksiyası çərçivəsində bu il vətəndaşlarla ilk görüşü Astara rayonunun Səlivə kəndində baş tutub.
Energetika
31 Yanvar , 2022 17:30
“Azəriqaz”ın rəhbərliyi Astaranın Səlivə kəndinin sakinlərini dinləyib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin rəhbər şəxslərinin "Açıq mikrofon" aksiyası çərçivəsində bu il vətəndaşlarla ilk görüşü Astara rayonunun Səlivə kəndində baş tutub.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, Lənkəran Regional qaz istismarı İdarəsinin məsul şəxsləri kənd sakinlərinin problem və təkliflərini dinləyib.

Ucqar kənd sakinləri 66 fərdi yaşayış evi olan, qış aylarının daha sərt keçdiyi bu kənddə təbii qazın olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açıblar. Sakinlər alternativ yanacaq mənbəyi kimi odunla bağlı da problemlərinin olduğunu bildirərək mavi yanacaqla təmin olunmalarını xahiş ediblər.

Səlivə kəndi ilə qonşu olan Taxtənəkəran və Noyabud kəndlərinin sakinləri "Açıq mikrofon" aksiyasının keçiriləcəyindən xəbər tutaraq problemlərini bildirmək üçün "Səyyar qəbul otağ"ı təşkil olunan ünvana gəliblər. Onlar da bu iki kəndin qazlaşdırılmasını xahiş ediblər.

Astara Rayon İcra Hakimiyyəti başçısının Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sədail Qasımov çıxış edərək bu cür aksiyaların keçirildiyi üçün "Azəriqaz"ın baş direktoru Ruslan Əliyevə təşəkkür edib. Kijəbə qəsəbəsində genişlənən ərazilərin, habelə yeni yaşayış massivlərinin də mavi yanacaqla təmin olunmasını diqqətdə saxlanmasını xahiş edib. Sakinlərə bildirilib ki, daxil olan müraciətlər R.Əliyevə təqdim olunacaq. Baş direktorun müvafiq qərarına əsasən bu kəndlərin qazlaşdırılması ilə bağlı suallara aydınlıq gətiriləcək.

Astara rayonunda 46 kəndin qazlaşdırılması işləri tamamilə yekunlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi