“Azəriqaz”ın növbəti “Açıq mikrofon”u Bərdənin Güloğlular kəndində olacaq

“Azəriqaz”ın növbəti “Açıq mikrofon”u Bərdənin Güloğlular kəndində olacaq Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası uğurla davam edir.
Energetika
134
9 Sentyabr , 2021 12:22
“Azəriqaz”ın növbəti “Açıq mikrofon”u Bərdənin Güloğlular kəndində olacaq

Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası uğurla davam edir.

"Report" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, vətəndaşların məmnunluğuna xidmət edən aksiyanın əhatə dairəsi günü-gündən genişlənir.

"Səyyar qəbul otaqları"nın imkanlarından istifadə edən sakinlərin səsləndirdiyi fikirlər, problem və təkliflər dərhal dəyərləndirilir, müvafiq göstərişlər verilir. Bunun nəticəsidir ki, avqustun 4-dən bu günə qədər aksiya keçirilən 10 ünvanda işlər başlanıb. Bu dəfə Bərdə rayonunun Güloğlular kəndindən gələn müraciətlər “Açıq mikrofon”un təşkilini zəruri edib. 10 sentyabr saat 11:00-dan 13:00-a qədər "Səyyar qəbul otağı" sakinlərin ixtiyarında olacaq. Vətəndaşların tam sərbəst şəkildə öz problemlərini səsləndirməsi üçün bütün şərait yaradılacaq.

Son xəbərlər

Orphus sistemi