“Azəriqaz”ın növbəti “Açıq mikrofon” aksiyası sabah Sabirabadda təşkil olunacaq

“Azəriqaz”ın növbəti “Açıq mikrofon” aksiyası sabah Sabirabadda təşkil olunacaq Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon”unun əhatə dairəsi getdikcə genişlənir
Energetika
22 Sentyabr , 2021 13:57
“Azəriqaz”ın növbəti “Açıq mikrofon” aksiyası sabah Sabirabadda təşkil olunacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon”unun əhatə dairəsi getdikcə genişlənir.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, ölkənin ən müxtəlif yerlərində təşkil olunan "Səyyar qəbul otaqları" vətəndaşların problemlərinin dinlənilməsi üçün qurulur. İstənilən şəxs öz fikrini səsləndirməkdə, problemini izah etməkdə tam sərbəst olduğundan aksiyaya artan maraq göz qabağındadır.

Vətəndaşların müraciəti əsasında formalaşan “Açıq mikrofon” aksiyasının bu dəfəki ünvanı Sabirabad rayonunun Əliləmbəyli kəndi olacaq. Sentyabrın 23-ü saat 11:00-dan 13:00-a qədər davam edəcək aksiya sayca 16-cı olacaq.

Son xəbərlər

Orphus sistemi