Yuxarı

“Azəriqaz”ın mərkəzi idarəetmə aparatında mülki müdafiə təlimi keçirilib

Təlimdə mümkün fövqəladə hallar zamanı davranış qaydaları, özünə və başqalarına ilkin tibbi yardımın göstərilməsi məsələləri diqqət mərkəzində olub

Bakı. 22 avqust. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz”İstehsalat Birliyində “Fövqəladə hadisələr zamanı işçilərin həyat və fəaliyyəti üçün təhlükə yaranan yerlərdən mütəşəkkil surətdə çıxarılıb təhlükəsiz yerlərə təxliyəsi” mövzusunda təlim keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Azəriqaz”İB-nin baş direktorunun müavini Ruslan Əliyev fövqəladə hallardan mühafizə sahəsində işçilərin hazırlığını təmin etmək və bu istiqamətdə həyata keçirilən zəruri tədbirlər haqqında məlumat verib. 

“Həyəcan siqnalı”nın verilməsi ilə başlanmış tədbirdə yanğın, qəza və digər fövqəladə hallar zamanı işçilərin binanı tərk etməsində funksional vəzifələrinin icrasına baxış keçirilib. Təlimdə mümkün fövqəladə hallar zamanı davranış qaydaları, özünə və başqalarına ilkin tibbi yardımın göstərilməsi məsələləri diqqət mərkəzində olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi