“Azəriqaz”ın əməkdaşları bayram günlərində iş başında olacaqlar

“Azəriqaz”ın əməkdaşları bayram günlərində iş başında olacaqlar Ruslan Əliyevin ciddi tapşırığı var
Energetika
19 Mart , 2021 16:25
“Azəriqaz”ın əməkdaşları bayram günlərində iş başında olacaqlar

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Novruz bayramı günlərində də fəaliyyətini əvvəlki kimi davam etdirəcək.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, əsasən qəza xidmətinin əməkdaşları baş verə biləcək hər hansı bir qəza halının (qaz sızması, qaz xətlərinin müxtəlif səbəblərdən zədələnməsi, sayğaclarda nasazlıq və s.) dərhal aradan qaldırılması üçün növbəlilik tətbiq etməklə iş başında olacaqlar.

Qəza hallarının aradan qaldırılması barədə isə İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin ciddi tapşırığı var. İstənilən qəza texniki baxımdan ən azı vaxtından 3 saat əvvəl icra edilib təhvil verilməlidir.

Bakı Regional Qazın Satışı Departamentinin Müştəri xidməti şöbəsinin əməkdaşları da mart ayının 20-28 tarixlərində xidmətlərini icra edəcəklər. Abunəçilərin qazsız qalmaması üçün ən mühüm xidmətlər, o cümlədən koda düşmüş kartların, qüsurlu ödənişlərin, itirilmiş və yaxud zədələnmiş smart kartların bərpası kimi xidmətlər göstəriləcək. Bundan başqa, əvvəlcədən ödənişli “Zenner” sayğaclarının kartlarının bazaya işlənilməsi, aktiv olunması, əvəzlənmiş əvvəlcədən ödənişli sayğacların kartlarının verilməsi ilə bağlı müraciətlər təmin ediləcək. 50 nəfərdən ibarət mühəndis heyəti Bakı Regional Qazın Satışı Departamentinin inzibati binası, Abşeron, Mərdəkan və Sabunçu xidmət sahələrində həftə içi saat 10:00-dan 15:00-a qədər, bazar günləri isə saat 10:00-dan 14:00-a qədər iş başında olacaqlar. Müştəri xidmətləri yalnız martın 21-də göstərilməyəcək.

"Abunəçilərdən xahiş edirik ki, qaz təsərrüfatına dair onları narahat edən hər hansı məqam olarsa, 104/185 saylı “Çağrı Mərkəzi”nə, 077 3 104 104 saylı “Whatsapp” nömrəsinə, eləcə də sosial şəbəkə üzərindən bizə yazmaqla məlumat versinlər", - deyə qurum bəyan edib.

Son xəbərlər

Orphus sistemi