“Azəriqaz”ın əməkdaşı dünya çempionu olub

“Azəriqaz”ın əməkdaşı dünya çempionu olub Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev 12 ildir ki, qurumda çalışan Ruslan Tağıyevlə görüşüb.
Energetika
160
7 Dekabr , 2021 10:11
“Azəriqaz”ın əməkdaşı dünya çempionu olub

Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev 12 ildir ki, qurumda çalışan Ruslan Tağıyevlə görüşüb.

“Report” bu barədə “Azəriqaz”a istinadən xəbər verir.

Məlumata görə, R.Tağıyev noyabrın 28-də Budo döyüş növləri üzrə Tunisdə keçirilmiş yarışda qalib gələrək dünya çempionu adına layiq görülüb.

Görüşdə R.Əliyev üç rəngli bayrağımızı zirvələrə ucaltdığı üçün R.Tağıyevə təşəkkür edib, onun əldə etdiyi uğurları yüksək qiymətləndirib. R.Tağıyev Budo döyüş növləri üzrə həm də dünya kubokunun sahibidir.

“Azəriqaz”ın baş direktoru Azərbaycanda idmanın inkişafına, gənclərə və idmançılara, eləcə də dünya çempionu R.Tağıyevə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan BUDO Döyüş Növləri Federasiyasının fəxri diplomu ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi