“Azəriqaz”ın əhali abunəçilərinin sayı 2,3 milyona çatır

“Azəriqaz”ın əhali abunəçilərinin sayı 2,3 milyona çatır Bu ilin avqust ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 6 131 yeni abonent qeydiyyata alınıb.
Energetika
323
11 Sentyabr , 2020 16:49
“Azəriqaz”ın əhali abunəçilərinin sayı 2,3 milyona çatır

Bu ilin avqust ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 6 131 yeni abonent qeydiyyata alınıb.

Report"un “Azəriqaz"a istinadən verdiyi məlumata görə, bundan 4 961-i Bakı, Abşeron və Sumqayıt, 1 170-i isə regionların payına düşüb.

Bu ilin yanvar-avqust aylarında isə əhali sektoru üzrə qeydə alınmış abonentlərin ümumi sayı 48 519-a bərabər olub. Beləliklə, hazırda “Azəriqaz”ın əhali abonentlərinin sayı 2 297 639 nəfər təşkil edir.

"Azəriqaz" həmçinin bəyan edib ki, bu il qeyri-əhali sektoru üzrə 627 məscid və dini məbədin hər birinə illik 5 000 kubmetr təbii qazdan əvəzsiz istifadə üçün limit ayrılıb.

Son xəbərlər

Orphus sistemi