"Azəriqaz"ın Bakıdakı əhali abunəçilərinin sayı 900 minə yaxınlaşıb

"Azəriqaz"ın Bakıdakı əhali abunəçilərinin sayı 900 minə yaxınlaşıb Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 61 453 yeni abunəçi qeydiyyata alınıb.
Energetika
13 Noyabr , 2020 09:17
Azəriqazın Bakıdakı əhali abunəçilərinin sayı 900 minə yaxınlaşıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 61 453 yeni abunəçi qeydiyyata alınıb.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, bunun 44 176-sı Bakı, Abşeron və Sumqayıt, 17 277-si isə regionlar üzrədir.

Oktyabr ayı ərzində isə əhali sektoru üzrə qeydiyyata alınan yeni abunəçilərin sayı 7 115 təşkil edib. Bunun 5 404-ü Bakı, Abşeron və Sumqayıt, 1 711-i isə regionlar üzrədir.

Beləliklə, hazırda İstehsalat Birliyinin ümumi əhali abunəçilərinin sayı 2 310 414 təşkil edir. Bundan 1 413 177-si regionların, 897 237-si isə Bakının payına düşür.

Son xəbərlər

Orphus sistemi