Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Saatlı rayonunun Naharlı kəndində təşkil olunacaq.
“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, fevralın 15-i saat 12:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək.
Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.