“Azəriqaz” “İlin qaz təminatçısı” mükafatına layiq görülüb

“Azəriqaz” “İlin qaz təminatçısı” mükafatına layiq görülüb İlin yekunlarına görə mükafat COVID-19 pandemiyası dövründə Azərbaycan və Xəzər-Qara dəniz regionu ölkələrinin iqtisadiyyatının inkişafına xüsusi töhfə vermiş şirkətlərə təqdim olunub
Energetika
23 dekabr 2020 14:07
“Azəriqaz” “İlin qaz təminatçısı” mükafatına layiq görülüb
Ruslan Əliyev

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi “İlin qaz təminatçısı” mükafatına layiq görülüb.

“Report”un “Azeriqaz"a istinadən verdiyi məlumata görə, mükafat Birliyin baş direktoru Ruslan Əliyevə təqdim olunub.

“Caspian Business Award 2020” beynəlxalq mükafatının təqdimetmə mərasimində diplomatik missiyaların nümayəndələri, dövlət qurumlarının, nazirliklərin, “Caspian Energy Club”ın üzv şirkətlərinin rəhbərləri iştirak ediblər.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş döyüşçülərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra “Caspian Energy Club”ın sədri və baş icraçı direktoru Telman Əliyev bildirib ki, ilin yekunlarına görə mükafat COVID-19 pandemiyası dövründə Azərbaycan və Xəzər-Qara dəniz regionu ölkələrinin iqtisadiyyatının inkişafına xüsusi töhfə vermiş şirkətlərə təqdim olunub. Nominantlar 1 500-dən çox şirkətin yüksək və orta səviyyəli menecerləri arasında keçirilən sorğu əsasında müəyyənləşib.

Son xəbərlər

Orphus sistemi