“Azəriqaz” iki kənddə 210 fərdi yaşayış evinə qaz verib

“Azəriqaz” iki kənddə 210 fərdi yaşayış evinə qaz verib Daşkəsən rayonunun Aşağı Daşkəsən və Yevlax rayonunun Bəydilli kəndlərinə təbii qaz verilişi təmin olunub.
Energetika
255
12 Noyabr , 2020 17:11
“Azəriqaz” iki kənddə 210 fərdi yaşayış evinə qaz verib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi ölkədəki istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidənqurulması istiqamətində genişmiqyaslı işləri davam etdirir.

"Report" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu məqsədlə bu həftə ərzində Daşkəsən rayonunun Aşağı Daşkəsən və Yevlax rayonunun Bəydilli kəndlərinə təbii qaz verilişi təmin olunub.

92 abunəçisi olan Aşağı Daşkəsən kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6 613 metr, 118 abunəçisi olan Bəydilli kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 8 863 metr müxtəlif diametrli borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi