"Azəriqaz" I yarımillikdə "ASAN Xidmət" vasitəsilə 58,4 min istehlakçıya xidmət edib

"Azəriqaz" I yarımillikdə "ASAN Xidmət" vasitəsilə 58,4 min istehlakçıya xidmət edib Birlik: Bu istiqamətdə fəaliyyət bundan sonra da davam etdiriləcək
Energetika
6 İyul , 2017 13:48
Azəriqaz I yarımillikdə ASAN Xidmət vasitəsilə 58,4 min istehlakçıya xidmət edib

Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2017-ci ilin yanvar-iyun ayları ərzində ölkə ərazisində fəaliyyət göstərən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

“Report” İB-yə istinadən xəbər verir ki, cari ilin altı ayı ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, eləcə də 1, 2, 3, 4, 5 saylı “ASAN Xidmət” mərkəzlərinə, həmçinin Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən “ASAN Xidmət” mərkəzlərinə ümumilikdə 58 429 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin olunub.

“İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək”, - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi