​“Azəriqaz” gücləndirilmiş iş rejiminə keçir

​“Azəriqaz” gücləndirilmiş iş rejiminə keçir Bayram günlərində qaz təchizatında heç bir məhdudiyyət olmayacaq
Energetika
5 İyul , 2016 18:58
​“Azəriqaz” gücləndirilmiş iş rejiminə keçir

Bakı. 5 iyul. REPORT.AZ/ SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) Ramazan bayramı ilə əlaqədar iyulun 6-dan 8-dək gücləndirilmiş iş rejimində işləyəcək.

"Report"un verdiyi xəbərə görə, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “qaynar xətt”lərin fəaliyyəti gücləndiriləcək. Eyni zamanda, Birliyin Bakı Regional Qaz İstismarı Departamentində və Regional Qaz İstismar idarələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

Bayram günlərində qaz təchizatında təmir-tikinti işləri ilə əlaqədar heç bir məhdudiyyət olmayacaq.

Son xəbərlər

Orphus sistemi