"Azəriqaz" Göyçay, Ucar və Zərdabdakı təmiri təxirə salıb

"Azəriqaz" Göyçay, Ucar və Zərdabdakı təmiri təxirə salıb “Azəriqaz” istehsalat Birliyi Göyçay, Ucar, Zərdab rayonlarında nəzərdə tutulmuş təmir işlərini təxirə salıb.
Energetika
17 Avqust , 2019 11:17
Azəriqaz Göyçay, Ucar və Zərdabdakı təmiri təxirə salıb

Azəriqaz” istehsalat Birliyi Göyçay, Ucar, Zərdab rayonlarında nəzərdə tutulmuş təmir işlərini təxirə salıb. 

Bu barədə “Report”a qurumun mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir ki, bu səbəbdən də qeyd edilən rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatının 2 gün müddətinə dayandırılması təxirə salınıb.

Xatırladaq ki, “Azəriqaz” Göyçay, Ucar, Zərdab rayonlarının bəzi ərazilərində Qaz İxrac İdarəsinin balansında olan “Qazıməmməd-Qazax” magistral qaz kəmərində aparılacaq təmir işlərinə görə qaz təchizatının bu gün saat 10:00-dan etibarən 2 gün müddətinə dayandırılması ilə bağlı elan vermişdi.

Son xəbərlər

Orphus sistemi