Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi əməkdaşı Tural Nəsirovu cərəyan vurması ilə bağlı açıqlama yayıb.
“Report”un məlumatına görə, açıqlamada deyilir ki, həmin şəxs aprelin 5-də saat 14:00 radələrində ictimai işlər əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin xətti ilə “Azəriqaz”ın Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Quba Xidmət Sahəsinə təhkim edilib və cərəyan vurması nəticəsində həyatını itirib.
Hadisə T. Nəsirovun şəxsi həyətyanı sahəsində baş verib. O, həmin gün və ondan 1 gün əvvəl naməlum səbəbdən işə çıxmayıb.
"T.Nəsirova Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk", - deyə qurum bəyan edib.