“Azəriqaz” daha bir yeniliyə imza atır

“Azəriqaz” daha bir yeniliyə imza atır Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi vətəndaş məmnunluğunu təmin etmək istiqamətində işlərini davam etdirir
Energetika
14 Oktyabr , 2021 12:46
“Azəriqaz” daha bir yeniliyə imza atır

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi vətəndaş məmnunluğunu təmin etmək istiqamətində işlərini davam etdirir.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, müxtəlif layihələr həyata keçirilir, vətəndaşların problem və təklifləri individual qaydada dinlənilir, məmur əlçatanlığı maksimum təmin edilir.

Bu ilin avqust ayının 4-dən start götürən və qısa müddətdə əhatə dairəsi genişlənən “Açıq mikrofon” aksiyası da bu məqsədə xidmət edən layihələrdən biridir. Vətəndaşların rahat şəkildə istifadə etdiyi “Səyyar qəbul otaqları”nın imkanları geniş olsa da, bu layihənin radio versiyasının da effektiv olacağını düşünərək, Birlik “Açıq mikrofon”u ASAN radio vasitəsi ilə daha da asanlaşdıracaq.

Oktyabrın 15-dən etibarən hər həftənin cümə günü saat 17:05-də “Açıq mikrofon”un səsi ASAN radiodan gələcək. Zəng edin, sizi maraqlandıran sualları verin, problemlərinizi səsləndirin ki, səsinizə səs verilsin!

Son xəbərlər

Orphus sistemi