“Azəriqaz”da satınalmalar optimallaşdırılır

“Azəriqaz”da satınalmalar optimallaşdırılır Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Koronavirus (COVID-19) pandemiyasının kəskin yayılmasından sonra dünya enerji və səhm bazarlarında baş verən müəyyən dəyişiklikləri diqqətlə izləyir və buna uyğun olaraq öz fəaliyyət istiqamətində bəzi məqamlara yenidən baxmalı olur.
Energetika
7 May , 2020 11:24
“Azəriqaz”da satınalmalar optimallaşdırılır
Azəriqaz / Report
0 : 00
0 : 00

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Koronavirus (COVID-19) pandemiyasının kəskin yayılmasından sonra dünya enerji və səhm bazarlarında baş verən müəyyən dəyişiklikləri diqqətlə izləyir və buna uyğun olaraq öz fəaliyyət istiqamətində bəzi məqamlara yenidən baxmalı olur.

Bu barədə “Report”a “Azəriqaz”dan məlumat verilib.

Bildirilir ki, qlobal pandemiya Birliyin təsərrüfat fəaliyyətinə təsirsiz ötüşməyib, fors-major şəraitində icrada olan mal-material və xidmətlərin alqı-satqı müqavilələrinə yenidən baxılması və müvafiq razılaşmaların əldə olunması məsələləri gündəmə gəlib.

Bununla yanaşı, nəticələri təsdiq edilməyən, eləcə də yeni elan edilən satınalma müsabiqələri təxirə salınıb. Beləliklə, Birlik büdcə və idarəetmə mexanizminin daha da təkmilləşdirilməsi, xərclərin optimallaşdırılması və planlaşdırılması istiqamətində tədbirlər görməkdədir.

Məlumatda deyilir ki, təbii qazdan istifadə edən bütün istehlakçıların fasiləsiz, keyfiyyətli və təhlükəsiz qaydada qazla təchizatını təmin etmək “Azəriqaz” üçün prioritet məsələ olaraq qalır: “Yalnız qaz təchizatının davamlılığı, o cümlədən qəza-bərpa işlərinin operativ olaraq yerinə yetirilməsi üçün zəruri miqdarda mal-materiallar, iş və xidmətlər istisna olmaqla, digər təyinatlı alqı-satqı müqavilələrinin icrası dayandırılıb”.

Son xəbərlər

Orphus sistemi