​"Azəriqaz"da Çağrı Mərkəzi yaradılıb

​"Azəriqaz"da Çağrı Mərkəzi yaradılıb Problemlərin dərhal aradan qaldırılması məqsədi ilə Çağrı Mərkəzi xidməti yaradılıb
Energetika
4 Mart , 2015 10:52
​Azəriqazda Çağrı Mərkəzi yaradılıb

Bak. 4 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-də istehlakçılara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, neqativ halların qarşısının alınması, şəffaflığın təmin olunması, xidmətə nəzarətin gücləndirilməsi və problemlərin dərhal aradan qaldırılması məqsədi ilə “Qaynar Xətt” xidməti təkmilləşdirilərək, Müştəri Xidməti şöbəsinin tərkibində yeni “Çağrı Mərkəzi” xidməti yaradılıb.

“Report” SOCAR-a istinadən məlumat verir ki, bu mərkəz yeni xidmətlər təklif edən daha müasir bir sistemdir. Abonentlər bundan sonra 104 və 185 nömrəli “Qaynar Xətt”lərə zəng vuraraq səsli menyunun koməyi ilə müvafiq düymələrdən birini seçməklə öz müraciətlərini ünvanlaya biləcəklər. Həmçinin sistemin köməkliyi ilə daxil olan zənglər avtomatik qaydada qeydiyyata alınacaq və yerli qaz istismar sahələrinə elektron formada göndəriləcək.

Bununla yanaşı daxil olan bütün müraciətlər arxivləşdiriləcək. Bunun üçün artıq müvafiq proqram təminatı yaradılıb və lazımi materiallarla təmin olunub. Hazırda xidmət fəaliyyət göstərir, işçilərin təlimatlandırılması və istifadə qaydaları haqqında təlimlər davam etdirilir. Yaxın vaxtlarda xidmət tam istifadəyə veriləcək.

Son xəbərlər

Orphus sistemi