"Azəriqaz" bu il əhaliyə 73 mln. kubmetr qaz satıb

"Azəriqaz" bu il əhaliyə 73 mln. kubmetr qaz satıb Bundan əlavə, 324 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb
Energetika
10 İyul , 2015 16:47
Azəriqaz bu il əhaliyə 73 mln. kubmetr qaz satıb

Bakı. 10 iyul. REPORT.AZ/ Bu ilin iyun ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 5 127 yeni abonent qeydiyyata alınıb. "Report"un Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunun 1 624-ü Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu, 3 503-ü isə regionların payına düşüb.

Məlumata görə, həmin dövrdə əhali sektoru üzrə 72,538 mln. kubmetr həcmində təbii qaz satılıb və qarşılığında nəzərdə tutulandan 36,5% artıq vəsait toplanıb. Qeyri-əhali sektoru üzrə isə 104,968 mln. kubmetr həcmində təbii qaz satılıb və qarşılığında nəzərdə tutulandan 8,6% artıq vəsait yığılıb.

Bu ilin iyulun 1-nə olan məlumata görə, əhali sektoru üzrə 123 964 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub. Bundan əlavə, qeyri-əhali sektoru üzrə 324 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

Son xəbərlər

Orphus sistemi