"Azəriqaz" bu il əhaliyə 3,2 milyard kubmetr qaz satıb

"Azəriqaz" bu il əhaliyə 3,2 milyard kubmetr qaz satıb Bu il “Azəriqaz” İstehsalat Birliyi 6,7 mlrd. kubmetr qazı şəbəkəyə qəbul edib. Bu rəqəm qaz qəbulunda rekord göstərici sayılır.
Energetika
29 Dekabr , 2019 11:04
Azəriqaz bu il əhaliyə 3,2 milyard kubmetr qaz satıb
Report / Elchin Murad

"Bu il “Azəriqaz” İstehsalat Birliyi 6,7 mlrd. kubmetr qazı şəbəkəyə qəbul edib. Bu rəqəm qaz qəbulunda rekord göstərici sayılır".

“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bu gün ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2019-cu ildə əhaliyə 3,2 mlrd. kubmetr qaz satılıb, sənaye qurumları üçün isə 2,8 mlrd. kubmetr qaz satışı həyata keçirilib.

O bildirib ki, 2020-ci “Azəriqaz”ın şəbəkəsinə 6,9 mlrd. kubmetr qaz qəbulu gözlənilir. 

Yığım səviyyəsindən danışan R. Əliyev bildirib ki, bu il  yığım səviyyəsi də rekord həddə olub və yığım səviyyəsi üzrə göstərici 101,4 faiz təşkil edib.

Son xəbərlər

Orphus sistemi