“Azəriqaz” bu il ASAN şəbəkəsi vasitəsilə 104,2 min istehlakçıya xidmət edib

“Azəriqaz” bu il ASAN şəbəkəsi vasitəsilə 104,2 min istehlakçıya xidmət edib Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək
Energetika
10 Oktyabr , 2017 11:49
“Azəriqaz” bu il ASAN şəbəkəsi vasitəsilə 104,2 min istehlakçıya xidmət edib
Report

Bakı. 10 oktyabr. REPORT.AZ/ “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan ərazisində fəaliyyət göstərən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

“Report” “Azəriqaz”a istinadən xəbər verir ki, cari ilin 9 ayı ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, eləcə də 1, 2, 3, 4, 5 saylı “ASAN Xidmət” mərkəzlərinə və “ASAN Səyyar” xidmətinə, həmçinin Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən “ASAN Xidmət” mərkəzlərinə ümumilikdə 104 187 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin edilib.

"İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə İstehsalat Birliyi bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək", - məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi