"Azəriqaz" bu il 210 min sayğacı əvəz edib

"Azəriqaz" bu il 210 min sayğacı əvəz edib Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu ilin 9 ayı ərzində 210 min qaz sayğacı əvəz olunub.
Energetika
7 Oktyabr , 2022 12:06
Azəriqaz bu il 210 min sayğacı əvəz edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bu ilin 9 ayında 210 min qaz sayğacı əvəz edib.

“Report” xəbər verir ki, bunu "Açıq qapı" aksiyası çərçivəsində "Azəriqaz"ın şöbə rəisi Rövşən Mehiyəddinov bildirib.

“Bu gün 2,4 miyona yaxın abonent qaz sayğacları ilə təmin edilib. 2022-ci ilin əvəllinə 650 minə qədər dövri yoxlama müddəti bitmiş qaz sayğacı mövcud idi. Cari ilin 9 ay ərzində 210 min qaz sayğacının əvəz olunması təmin olunub. Qaz sayğaclarının dövri yoxlama müddəti 5 il müəyyən olunduğu üçün bu rəqəmlər hər gün yenilənir. Yəni burada sıfırlamadan söhbət gedə bilməz. Bu, mütəmadi davam edən prosesdir”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi