Yuxarı

"Azəriqaz" borc qalığına baxmayaraq qazanxanalara qaz verilişinə başlayıb

Azəristiliktəchizatla Azəriqaz arasında danışıqların yekun nəticəsi bügun bəlli olacaq

Bakı. 20 noyabr. REPORT.AZ/ "Azəristiliktəchizat"ın borcu ilə əlaqədar olaraq qazanxanalara qaz verilişini bərpa etməyən "Azəriqaz" İstehsalat Birliyi artıq qazanxanalara qaz verilişinə başlayıb.

"Report"un verdiyi xəbərə görə, bu barədə “Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib. Onun sözlərinə görə, hələlik qazanxanaların bir hissəsinə qaz verilişi bərpa olunub.

"Dünən bir hissəsini bərpa eləyiblər, hissə-hissə bəzi yerlərdə artıq verilib, konkret rayon deyil, hər rayonda 3-5 qazanxananın qoşulmasına icazə verilib. Artıq dünən bir hissəsini qoşduq, bugün bir hissəni qoşacağıq. Danışıqlarımız davam edir. Bugün bir hissəsini bərpa edəcəklər. Danışıqların nəticəsindən asılı olaraq yəqin ki, hamısının bərpa olunmasına nail olacağıq. Borcun bir hissəsi ödənilir, bir hissəsindən razılıq alınır, həm bu məsələyə hökumətdə də baxılır. Çalışırq ki, borc məsləsinə görə vətəndaşlar soyuqda qalmasın. İki dövlət idarəsidir, öz aramızda da həll edə bilərik. Bu günün sonuna kimi danışıqların yekunu bəlli olacaq. Çox güman ki, bu həftə ərzində bütün qazanlara qaz verilişi bərpa olunsun."

Borcun məbləğini və hansı hissənin ödənilməsini açıqlamayan R.Əliyev məbləğin əhəmiyyət daşımadığını və mətbuatda borcun məbləği ilə yazılan rəqəmlərin şişirdilmiş olduğunu qeyd edib.

"Köhnə borclarla bağlı fikir ayrılığı var. Onları onsuz da biz ödəyə bilməyəcəyik. Köhnə Bakı İstilik İdarəsinin vaxtından yığılıb qalmış borclardır. Bəzi məsələlər var ki, onlara aydınlıq gətirilməlidir. Həm öz aramızda, həm də hökumət səviyyəsində bu məsələlərə baxılır. Hökumətdə də baxılır, müraciət etmişik .

Borcun məbləği önəmli deyil. Hər dəqiqə borcun məbləği dəyişir. İşləyən qazanxanalarda borc əmələ gəlir. Mən deyim ki, filan rəqəm bir saatdan sonra dəyişib başqa rəqəm olacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi