“Azəriqaz” bölgələrdə abunəçilər üçün müraciət qutuları quraşdırır

“Azəriqaz” bölgələrdə abunəçilər üçün müraciət qutuları quraşdırır Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin bütün regional qaz istismarı idarələrinin, xidmət sahələrinin qarşısında yeni müraciət qutularının quraşdırılmasına başlanılıb.
Energetika
132
26 İyul , 2021 13:20
“Azəriqaz” bölgələrdə abunəçilər üçün müraciət qutuları quraşdırır

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin bütün regional qaz istismarı idarələrinin, xidmət sahələrinin qarşısında yeni müraciət qutularının quraşdırılmasına başlanılıb.

Bu barədə “Report”a “Azəriqaz”dan məlumat verilib.

Məlumata görə, sosial şəbəkələrdən istifadə etməyən, ümumiyyətlə internet bağlantısı olmayan abunəçiləri nəzərə alan qurumun rəhbərliyi onların müraciətlərini cavablandırmaq üçün yeni üsul tətbiq edib.

Qutuların üzərində belə qeyd edilir: “Bura etdiyiniz müraciəti ilk oxuyan “Azəriqaz” rəhbərliyinin özü olacaq”.

Yəni bu məktublar yerlərdə açılaraq baxılmayacaq, birbaşa operativ olaraq İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevə çatdırılacaq. Bundan sonra isə həmin vətəndaşın probleminin həlli ilə bağlı rəhbərlik müvafiq göstərişlər verəcək.

“Azəriqaz”ın baş direktoru və müavinləri hər ay Prezident Administrasiyasının tərtib etdiyi qrafik əsasında vətəndaş qəbullarını həyata keçirir. Bundan başqa, baş direktor sosial şəbəkə üzərindən də mütəmadi olaraq birbaşa yayımlar təşkil edir və vətəndaş müraciətləri ilə maraqlanır.

Son xəbərlər

Orphus sistemi