"Azəriqaz": Bir gün ərzində şəbəkəyə verilən qazın həcmi 1 mln. kubmetr artırılıb

"Azəriqaz": Bir gün ərzində şəbəkəyə verilən qazın həcmi 1 mln. kubmetr artırılıb Əhalinin "mavi yanacaq"la təminatının yaxşılaşdırılması məqsədi ilə gündəlik tələbata uyğun olaraq qazın həcmi artırılır
Energetika
4 Oktyabr , 2017 12:10
Azəriqaz: Bir gün ərzində şəbəkəyə verilən qazın həcmi 1 mln. kubmetr artırılıb
Azəriqaz / Report

Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycanda əhalinin "mavi yanacaq"la təminatının yaxşılaşdırılması məqsədi ilə gündəlik tələbata uyğun olaraq istehlakçılara verilən qazın həcmi artırılır.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən “Report”un sorğusuna cavabda bildirilib.

“Təkcə iki günün istehlak həcminə baxsaq görəririk ki, oktyabrın 1-də ölkə üzrə 9,792 mln. kubmetr qaz istehlak olunubsa, ayın 2-də bu rəqəm 10,711 mln. kubmetrə çatdırılıb. Yəni, bir gün ərzində şəbəkəyə verilən təbii qazın həcmi 1 mln. kubmetr (+9,4%) artırılıb”, - İB-dən qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi