Yuxarı
    Bağlamaq

    “Azəriqaz” Bilgəh qəsəbəsində səyyar formada xidmətlər həyata keçirəcək

    Bakı. 7 dekabr. REPORT.AZ/ Bu il dekabrın 8-29-da Səyyar ASAN xidmət çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Bakı şəhər Sabunçu rayonunun Bilgəh qəsəbəsində səyyar formada xidmətlər həyata keçiriləcək.

    “Azəriqaz”dan “Report”a verilən məlumata görə, xüsusi tərtibatla hazırlanmış səyyar avtomobillər vasitəsi ilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin ediləcək.

    Vətəndaşlar bu layihə çərçivədə itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, koda düşmüş kartların bərpası, zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla, ümumilikdə, 20 növ xidmətdən yararlana bilərlər.

    Əsas hədəflərdən biri də regionlarda açılacaq “ASAN Kommunal” Mərkəzlərində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müvafiq xidmətlərin təmin edilməsidir. Artıq cari ilin sentyabr ayının 21-dən etibarən “Azəriqaz” tərəfindən Respublika ərazisində fəaliyyət göstərən və xüsusi tərtibatda hazırlanmış “Səyyar ASAN” avtobus və qatarlarda bölgələr üzrə xidmətlər göstərməyə başlanılıb.

    Səyyar ASAN xidmətin həyata keçirilməsində əsas məqsəd “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi