“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək Qurum təbii qazdan istifadə zamanı diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi riayət edilməsini xahiş edir
Energetika
30 Avqust , 2017 12:46
“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək
Report

Bakı. 30 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Qurban bayramı münasibətilə sentyabrın 1-dən 4-dək gücləndirilmiş iş rejimində işləyəcək.

“Report” xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

“Bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə İstehsalat Birliyi tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, eyni zamanda Birliyin Texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində, Regional Qaz İstismar İdarələrində və Xidmət sahələrində məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq”- məlumatda qeyd olunub.

“Azəriqaz” İstehsalat Birliyi bütün təbii qaz istehlakçılarını Qurban bayramı münasibətilə təbrik edir və bayram günlərində təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi riayət olunmasını xahiş edir.

Son xəbərlər

Orphus sistemi