“Azəriqaz”: Azərbaycanda qazlaşma səviyyəsi 96,2 % təşkil edir

“Azəriqaz”: Azərbaycanda qazlaşma səviyyəsi 96,2 % təşkil edir 2009-cu ildə ölkə üzrə əhali sektorunun qazlaşma səviyyəsi 62,2 % olub
Energetika
30 Dekabr , 2020 12:11
“Azəriqaz”: Azərbaycanda qazlaşma səviyyəsi 96,2 % təşkil edir

"Artıq ölkə üzrə əhali sektorunun qazlaşma səviyyəsi 96,2 % təşkil edir".

“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.

Onun sözlərinə görə, buna Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial siyasətlə nail olunub: “Məhz dövlət başçısının qayğısı ilə başqa ölkələrdən fərqli olaraq Azərbaycanda bu işlərin görülməsinə dövlət büdcəsindən vəsait ayrılır. Hər il görülən işlərin miqyası da genişlənir. Müqayisə üçün əlavə edim ki, 2009-cu ildə ölkə üzrə əhali sektorunun qazlaşma səviyyəsi 62,2 % olub. Amma indi 96 %-dən çoxdur. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində 2009-2020-ci illərdə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ölkənin müxtəlif bölgələrində 1 668 yaşayış məntəqəsi qazlaşdırılıb. Cari ildə həyata keçirilmiş qazlaşma layihələrini nəzərə almaqla 2020-ci ilin sonuna ölkədə 2 449 qazlaşdırılmış yaşayış məntəqəsi olacaq”.

Baş direktorun sözlərinə görə, Gəncə, Mingəçevir, Naftalan, Sumqayıt şəhərləri, Yevlax, Abşeron, Ağdam, Balakən, Biləsuvar, Füzuli, Beyləqan, Şirvan, Ağstafa, Hacıqabul, Qazax və Kürdəmir rayonlarında qazlaşma səviyyəsi 100 % təşkil edir: “Ağsu, Bərdə, Tərtər, Goranboy, Göyçay, Şamaxı, Şəmkir, Ucar rayonlarında isə 97-99 % arasında dəyişən qazlaşma səviyyəsi onu göstərir ki, bu ərazilərdə qazlaşmayan cəmi bir yaşayış məntəqəsi qalıb. Lakin bu, nisbi rəqəmdir. Çünki istənilən 100 % qazlaşdırılan şəhər və rayonlarda hər il yeni massivlər yaranır və fərdi yaşayış evlərinin sayı artır, belə olan halda qazlaşdırılmasına ehtiyac yaranan yeni ərazilər də ortaya çıxır”.

Son xəbərlər

Orphus sistemi