“Azəriqaz”: “ASAN Xidmət” vasitəsilə 74 488 istehlakçıya xidmət göstərilib

“Azəriqaz”: “ASAN Xidmət” vasitəsilə 74 488 istehlakçıya xidmət göstərilib Bakı 14 may. REPORT,AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bu ilin yanvar-aprel ayları ərzində ölkə ərazisində fəaliyyət göstərən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.
Energetika
14 May , 2018 14:54
“Azəriqaz”: “ASAN Xidmət” vasitəsilə 74 488 istehlakçıya xidmət göstərilib
Report
0 : 00
0 : 00

Bakı 14 may. REPORT,AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bu ilin yanvar-aprel ayları ərzində ölkə ərazisində fəaliyyət göstərən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

“Report” “Azəriqaz”a istinadən xəbər verir ki, cari ilin dörd ayı ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “ASAN səyyar” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, Masallı, Qəbələ, Quba,Mingəçevir, həmçinin Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 74 488 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin edilib.

“İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək”,- məlumatda qeyd olunub.




Son xəbərlər

Orphus sistemi