Yuxarı
    Bağlamaq

    "Azəriqaz" "ASAN xidmət" vasitəsilə 12 544 istehlakçıya xidmət göstərib

    Azəriqaz istehlakçılarla münasibətlərin təkmilləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək© Report

    Bakı. 1 dekabr. REPORT.AZ/ SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən noyabr ayı ərzində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunan istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib. 

    Bu barədə "Report"a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

    Qurumdan bildirilib ki, noyabr ayı ərzində Bakı şəhəri üzrə 1, 2, 3, 4, 5 saylı "ASAN xidmət" mərkəzlərinə, həmçinin, Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən "ASAN xidmət" mərkəzlərinə ümumilikdə 12 544 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin edilib. 

    Məlumata görə, istehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Azəriqaz” bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi