“Azəriqaz” “ASAN xidmət” vasitəsi ilə 50 mindən çox istehlakçıya xidmət edib

“Azəriqaz” “ASAN xidmət” vasitəsi ilə 50 mindən çox istehlakçıya xidmət edib Bu müraciətlərin icrası tam təmin olunub
Energetika
8 İyun , 2017 12:36
“Azəriqaz” “ASAN xidmət” vasitəsi ilə 50 mindən çox istehlakçıya xidmət edib
Report

Bakı. 8 iyun.REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi yanvar-may ayları ərzində ölkə ərazisində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

“Report”un “Azəriqaz”a istinadən verdiyi xəbərə görə, ilin 5 ayında Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal” mərkəzinə, eləcə də səyyar ASAN vasitəsi ilə və 1, 2, 3, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə, həmçinin, Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 50058 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin olunub.

“İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək”, - deyə məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi