“Azəriqaz” “ASAN” xidmət vasitəsi ilə 11 min istehlakçıya xidmət edib

“Azəriqaz” “ASAN” xidmət vasitəsi ilə 11 min istehlakçıya xidmət edib Müraciətlərin hamısı həllini tapıb
Energetika
1243
4 Noyabr , 2016 12:13
“Azəriqaz” “ASAN” xidmət vasitəsi ilə 11 min istehlakçıya xidmət edib

Bakı. 4 noyabr. REPORT.AZ/ Bu ilin oktyabr ayı ərzində Bakı şəhərindəki 1, 2, 3, 4, 5 saylı, eləcə də Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən ASAN xidmət mərkəzlərinə ümumilikdə 10 996 müraciət daxil olub.

“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, əsasən, “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həllini tapıb.

“İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək”,- deyə qurumdan bildirilib.                              

Son xəbərlər

Orphus sistemi