Yuxarı
    Bağlamaq

    "Azəriqaz" "ASAN Xidmət" vasitəsi ilə 10 min istehlakçıya xidmət edib

    Bu müraciətlərin icrası tam təmin olunub© Report.az

    Bakı. 10 mart. REPORT.AZ SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən fevral ayı ərzində ölkə ərazisində fəaliyyət göstərən "ASAN Xidmət" mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında "smart" tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsi, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunması və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsi təmin edilib.

    “Report” “Azəriqaz”a istinadən xəbər verir ki, ötən ay ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı "ASAN Kommunal" mərkəzinə, eləcə də 1, 2, 3, 4, 5 saylı "ASAN Xidmət" mərkəzlərinə, həmçinin Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən "ASAN Xidmət" mərkəzlərinə ümumilikdə 10 003 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin olunub.

    “İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək”, - deyə məlumatda qeyd olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi